Komendant saatını pozan şəxslər cərimə və ya həbs edilə bilərlər

13

Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, komendant saatı tətbiq edilir.

yasamal.tv xəbər verir ki, ötən gün sosial şəbəkələrdə komendant saatını pozan şəxslərin cəbhə bölgələrinə aparılması barədə məlumatlar yer almışdı.

Hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, komendant saatını pozan şəxslər cəbhə bölgəsinə deyil, polis bölmələrinə aparılır və ya cərimə edilirlər: “Bəzi vətəndaşlar bunu normal qəbul edə bilmirlər. 1992-1993-cü illərdə olduğu kimi “oblava” kimi qiymətləndirirlər. Bu, səhv fikirdir. Bilirsiniz ki, qismən hərbi səfərbərlik elan edilib. Və cəbhə bölgələrinə ancaq hərbi vəzifəli şəxslər çağırılır. Komendant saatını pozan şəxslər qanunvericiliyə uyğun olaraq, müvafiq şəkildə cərimə edilirlər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin