Dünyada koronavirusa yoluxanların ümumi sayı artaraq 32 milyon nəfəri ötüb.
yasamal.tv xəbər verir ki, təhlükəli infeksiyaya ən çox yoluxma ABŞ-da qeydə alınıb.
Birləşmiş Ştatlarda 7 119 713 nəfərin koronavirusa yoluxması aşkarlanıb.
ABŞ-dan sonra COVID-19-a ən çox yoluxma Hindistanda (5 727 750), Braziliyada (4 602 241), Rusiyada (1 122 241), Kolumbiyada (777 537), Peruda (776 546), Meksikada (705 263), Cənubi Afrikada (693 556), İspaniyada (663 282), Argentinada (652 174) və Fransada (481 141) aşkarlanıb. Pandemiya ərzində koronavirusdan ölənlərin də sayı gündən-günə artmaqdadır. Belə ki, dünyada təhlükəli infeksiyadan ölənlərin ümumi sayı 978 985 nəfərə yüksəlib. Dünyada COVID-19-a yoluxan 23 556 281 pasiyent sağalıb, hazırda daha 7 464 844 aktiv koronavirus xəstəsi müalicə edilir.