Olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
yasamal.tv bildirir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev məlumat verib.
Namiq Abdullayev özü də bu barədə açıqlama verib: “Artıq neçə aydır ki, yığma komanda ilə çalışıram. Həmişə komandanın içində olmuşam. Nailiyyətlərimiz olub. Çətin anda olsa da, AGF hər zaman idmançılara dəstək verib. İdmançılarımız uzun müddət məşqsiz qalsa, formadan düşəcək. Yığma komandanın məşqçilər korpusu ilə görüş olmayıb. Görüşdən sonra rəhbərliklə də müzakirələr aparacağıq. Nəticə əldə etmək üçün çalışacağıq…”.