Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

12

Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublu barədə həbs qətimkan tədbirini dəyişdirib.

Məhkəmənin qərarı ilə T.Yaqublu ev dustaqlığına buraxılıb.

***

 

Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkin baxış iclası keçirilir.

İclasa hakim Elmar Rəhimov sədrlik edir.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin