Azərbaycan Asiya İnkişaf Bankının yeni donoru olub

9

İnkişaf Bankının (AİB) donorları Asiya İnkişaf Fondunun və xüsusi texniki yardım fondunun büdcələrinə 4 milyard dollar məbləğində əlavə vəsaitin ayrılması barədə razılıq əldə edib.

yasamal.tv-ın məlumatına əsasən, həmin vəsaitin 58 faizi və ya 2,3 milyard dollardan çoxu 30 donorun, o cümlədən iki yeni donor – Azərbaycan və Filippinin hesabına maliyyələşəcək.

Məbləğin 42 faizi və ya 1,7 milyard dolları isə daxili ehtiyatlar, o cümlədən AİB-in transfert gəlirləri və investisiya gəlirləri hesabına maliyyələşəcək.

Daha üç donorun öz öhdəliklərini təsdiq etməsindən sonra vəsaitlərin ümumi həcminin artması gözlənilir.(trend)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin