Regionlardakı hotellərdə qiymət bahalaşması demək olar ki, yoxdur. Yalnız həftənin son günlərində az qiymət fərqləri müşahidə olunur.
yasamal.tv xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, sentyabrın 8-dən regionlara gediş-gəliş məhdudiyyəti götürülüb: “Vətəndaşlarımız öz istirahətlərini regionlarda keçirə bilərlər. Hotellər açıqdır və müştəriləri gəbul edirlər. Ötən həftənin şənbə-bazar günlərində regionlardakı hotellərdə demək olar ki, boş yer yox idi”.(trend)