Vətəndaşa ödənilən sosial müavinət nə vaxt dayandırıla bilər?

12

Qanunun 11-ci maddəsinə əsasən, müavinətlərin ödənişinin dayandırılması aşağıdakı hallarda baş verə bilər:

Azərbaycan Respublikasının vətəndaşına sosial müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb. Lakin bu müavinətlər bəzi hallarda dayandırıla da bilər. Bəs bu hallar hansılardır?

yasamal.tv-ın E-huquq.az-a istinadən məlumatına görə, qanunun 11-ci maddəsinə əsasən, müavinətlərin ödənişinin dayandırılması aşağıdakı hallarda baş verə bilər:

– Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi ilə bağlı müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:

– Dövlət qulluqçularına ömürlük müavinət – dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə;

– Yaşa görə müavinət – şəxs əmək fəaliyyətinə başladıqda;

– Əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət – şəxs əmək pensiyası hüququ qazandıqda;

– Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət – şəxs əmək pensiyası hüququ qazandıqda;

– Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda;

– 3 yaşınadək uşağa qulluğa görə müavinət – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda;

– Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət – müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə.

– Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır.

Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi var.

– Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur.

– Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin