“Bizi aldatdılar, yalan məlumat verdilər” – Pentaqon rəhbəri

13

Pentaqon rəhbəri Mark Esper Çin rəhbərliyini yalan danışmaqda günahlandırıb.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Mark Esper Çinin Kommunist Partiyasını koronavirusun yayılması ilə bağlı düzgün məlumatlar verməməkdə ittiham edib.

“Onlar bizi aldatdılar, virusun yayılmasının ilk günlərindən qeyri-şəffaf oldular. Hətta indi də dediklərinin doğru olduğuna əmin deyiləm”.

Esperin sözlərinə görə, ilk gündən Çin hökuməti düzgün məlumat versəydi, virusu müəyyənləşdirməyə və vaksin üzərində çalışmağa kömək edərdilər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin