Türkiyədə Karabük Həvəskarlar Liqasında hakimlik edən azərbaycanlı İsa Məmmədov koronavirusa yoluxub.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc referi dad və qoxu hisslərini itirməsi, eləcə də nəfəs almaqda çətinlik çəkdiyi üçün Karabükdəki xəstəxanada tibbi müayinədən keçib və üzücü xəbər alıb.
Türkiyə aktiv Futbol Hakimləri və İnspektorları dərnəyinin Karabük şöbəsinin rəhbəri Taner Tuncer İsanın müalicə üçün xəstəxanaya yerləşdirildiyini bildirib.
İsa Məmmədov Karabük Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.