Gələn il şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisi prioritet xərc istiqamətlərindən biri olacaq.
yasamal.tv-ın xəbərinə görə, bu, Azərbaycanın 2021-ci il üzrə dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində əksini tapıb.
Layihəyə əsasən, qaçqın və məcburi köçkünlər və bu qəbildən olan həssas qruplar, o cümlədən əlil və şəhid ailələri üçün evlərin tikintisi üçün dövlət əsaslı vəsait qoyuluşunun davam etdirilməsi ortamüddətli dövrdə prioritet xərc istiqamətlərindən biri olacaq.(report)