Şeyx: Evdə oturub Əzraili gözləyirəm

10

Vəziyyətim günü-gündən pisləşir, heç bir irəliləyiş yoxdur, bədənim əsir.

yasamal.tv xəbər verir ki, bunu Kult.az-a xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov səhhəti ilə bağlı danışarkən deyib. Xalq artisti bildirib ki, qəbulunda olduğu həkimlər düzgün diaqnoz qoya bilmirlər:

“Normal həkim tapa bilmirik ki, düzgün diaqnoz qoysun, müalicə də doğru-düzgün aparılsın. Başda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmaqla, Prezidentin köməkçisi Anar Ələkbərova sonsuz təşəkkürlərimi çatdırıram. Məni diqqətdə saxlayırlar. Anar müəllim Afət xanım adlı bir nəfəri mənimlə əlaqə saxlamaq üçün ayırıb. Afət xanım hər gün səhhətimlə bağlı Anar müəllimə məlumat verir. Buna baxmayaraq, təəssüf ki, hələ də həkim problemim var, normal diaqnoz qoya bilmirlər”.

Şeyx Əbdül deyib ki, hazırda xəstəxanalarda müalicə almaq qeyri-mümkündür, ona görə evə gəlib:

“Sərhədlər bağlıdır, ev şəraitində də oturub Əzraili gözləyirəm. Xəstəliyim üç ay əvvəl boğulma ilə başlayıb. Sonra məlum oldu ki, bunun səbəbi mədəmdəki problemdir. Mədəmdə, yoğun bağırsaqda polip var. Eyni zamanda, qan çatışmazlığından əziyyət çəkirəm. Hemoqlobin çox aşağı səviyyəyə düşüb. Bundan başqa, qanda dəmir çatışmır. Əsəb problemi də yaşayıram. Müalicə edirlər ki, bütün bunları əvvəlki vəziyyətinə qaytarsınlar. Yeganə ümid xaricdə müalicə olunmağadır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin