Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu, Dağ Kəsəmən kənd ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü 18 yaşlı Rəşid Hacızadə xəsarət alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun bud sümüyünün sındığı məlum olub və əməliyyat edilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.