Muzey statusu dəyişdirilərək məscidə çevrilən Ayasofyaya hicabsız, qısa və ya dekolte geyimdə girməyə icazə verilməyəcək.
yasamal.tv xəbər verir ki, 86 il muzey statusu daşıyan Ayasofyanın məscidə çevrilməsi ilə məbədə giriş üçün yeni geyim qaydaları tətbiq olunmağa başlanılıb. Bunun üçün məscidin girişində müvafiq geyim qaydalarını əks etdirən stendlər quraşdırılıb.
Qaydalarda məscidə hicabsız, qısa və ya dekolte geyimdə daxil olmağın qadağan olduğu bildirilir. Ayasofya məscidini ziyarət etmək istəyənlər üçün məscidin girişində turistlərə kombinezon və hicab paylanılır.(qafqazinfo)