“Neftçi”dən bu yay ayrılan haitili futbolçu Soni Mustivar beş il əvvəl yaradılan Rumıniyanın “Hermanştat” klubunda çıxış edəcək.
Millitribun.az xəbər verir ki, 30 yaşlı dayaq yarımmüdafiəçisi sərbəst futbolçu kimi bu komandada oynayacaq.
Onun müqavilə müddətində qazanacağı məbləğ 400 min avro (804 560 manat) olacaq.