“Azərbaycan Rusiyadan koronavirus peyvəndi ala bilər” -Ceyhun Bayramov

12

Azərbaycan koronavirusa qarşı Rusiya istehsalı olan peyvəndi almaq imkanını nəzərdən keçirməyə hazırdır.

yasamal.tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazir Ceyhun Bayramov TASS-a müsahibəsində deyib.

“Peyvənd almaqda maraqlı olduğumuzdan “Sputnik V” peyvəndinin ilk növbədə ÜST tərəfindən tanınması üçün lazımi prosedurlar tamamlanan kimi bu sahədə rusiyalı həmkarlarımızın əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik”, – deyə nazir bildirib.

XİN başçısı qeyd edib ki, Azərbaycan ÜST-ün üzvü kimi koronavirusla bağlı tövsiyə və müalicə metodlarına əməl edir/APA.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin