Ronaldinyo ev dustaqlığından azad edildi

5

Braziliya futbol yığmasının keçmiş yarımmüdafiəçisi Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Paraqvay məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

yasamal.tv report.az-a istinadən xəbər verir ki, bu barədə France-Press agentliyi məlumat yayıb.

Məhkəmə qərarına əsasən, Ronaldinyo 90 min dollar, qardaşı Roberto de Assis Moreyra isə 110 min dollar cərimə ödəməlidir.

Eyni zamanda eks dünya çempionu 1 il ərzində və onun qardaşı isə 2 il ərzində hər 3 aydan bir məhkəməyə gəlməlidir.

Futbolçunun harasa getməsində heç bir problem olmayacaq, lakin o, bu barədə məhkəməyə məlumat verməlidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin