ABŞ-ın elm adamları insanların avtomobil sürə biləcək dərəcədə sərxoş olub-olmadığını mobil telefonlar vasitəsilə xəbər verən sistem hazırlayıblar.
yasamal.tv bildirir ki, bu yenilik Pittsburq Universitetinin alimlərinə məxsusdur.
Məlumata görə, smartfonları olan şəxslərin spirt istehlakını ölçə biləcək sistem meyar olaraq hərəkət zamanı insanların nə qədər yelləndiklərini nəzərə alacaq. Bunun üçün spirtli içki qəbul etmiş şəxsin 10 addım atması kifayətdir və onun vəziyyəti 90% dəqiqliklə müəyyən olunacaq.
“Hər yerdə bizimlə olacaq çox güclü sensorlarımız var. Ondan ictimai səhiyyə xidməti üçün necə istifadə edə biləcəyimizi öyrənməyimiz lazımdır”, – tədqiqat qrupunun rəhbəri Brian Suffoletto qeyd edib.(ted.az)