Gürcüstan Azərbaycandan qaz və neft idxalını azaldıb

15

Bu ilin ilk 7 ayı ərzində Gürcüstan Azərbaycandan 999 mln kubmetr həcmində təbii qaz idxal edib.

yasamal.tv xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi qazın həcmində 4,6% azalma qeydə alınıb.

Yanvar-iyulda Gürcüstan Azərbaycandan 33,1 mln ABŞ dolları dəyərində 115 min ton neft və neft məhsulları tədarük edib. İllik müqayisədə məhsulların həcmi 1,58% azalıb. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin