Məşhur “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) ötən gecə Türkiyənin Antalya şəhərində qətlə yetirilməsi postosovet məkanında kriminal vəziyyəti gərginləşdirib.
yasamal.tv xəbər verir ki, “qanuni oğru”nun qətli onun təsir dairəsinin güclü olduğu Ukrayna, Rusiyanın Sibir-Ural bölgəsi, Moskva və Sankt-Peteburqda vəziyyəti dəyişib.
Kriminal aləmdə “Lotu Quli”nin yerinə 3 əsas namizədin adını çəkirlər – Aslan Usoyanın (Ded Xasan) bacısı oğlu, 47 yaşlı Geori Akoyev (“Qiya Sverdlovski”), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze (“Avto”) və 39 yaşlı çeçen Əhməd Dombayev (“Əhməd Şalinski”).(modern.az)