Tovuzda yol qəzası: 3 yaralı

13

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kənd yolunda qeydə alınıb.

Avtomobil qəzası zamanı Tovuz rayon sakinləri, 1995-ci il təvəllüdlü İlkin Hüseynov, 1997-ci il təvəllüdlü Misirxan Əlirzayev və 1995-ci il təvəllüdlü Elvin Hüseynov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır. (Report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin