Vyetnam Rusiyadan koronavirus vaksini alacaq

9

Vyetnam hökuməti Rusiyadan SARS-CoV-2 koronavirusu əleyhinə vaksin alacaq.

yasamal.tv xəbər verir ki, “Reuters” agentliyi bu barədə Vyetnam Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

“Eyni zamanda, Vyetnam COVID-19 əleyhinə öz peyvəndini inkişaf etdirməkdə davam edəcək”, – deyə, nazirliyin məlumatında qeyd olunur.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünyada ilk koronavirus əleyhinə peyvəndin qeydiyyatdan keçdiyini elan edib.

Preparat Rusiya Müdafiə Nazirliyinin və Qamaleya adına Elmi-Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən birgə hazırlanıb və “Sputnik V” adını alıb.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin