Siyəzəndə yol qəzası: xəsarət alanlar var

12

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   

yasamal.tv-ın məlumatına görə, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb. “Ford” markalı iki yük maşınının toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin