Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası 2 ədəd xüsusi təyinatlı avtomobilin satınalınması üçün tender elan edir.
Tenderdə iştirak haqqı 800 manatdır.
yasamal.tv etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 17.08.2020 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25.08.2020 18:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 26.08.2020 11:00 tarixində aparılacaq.
Telefon: (994 12) 5148842
Əlaqələndirici şəxs: İbrahimova Nübar