Salyan rayonunda bıçaqlanma hadisəsi olub.
yasamal.tv-ın məlumatına görə, rayonun Babacanlı kənd sakini, 1983-cü il təvəllüdlü İsmayılov Yaşar Əlniyaz oğlu qarnının kəsilmiş-deşilmiş yarası ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Onun içki məclisində dostu tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.(apa)