Azərbaycan millisinin sabiq baş məşqçisi Türkiyədən qovuldu

16

Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.

yasamal.tv xəbər verir ki, xorvatiyalı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.

 

Klubun rəhbərliyi yeni mövsümlə bağlı planlarında R.Prosineçki ilə eyni fikirdə olmayıb. Bu səbəbdən tərəflərin anlaşmadığı bildirilir.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.(publika.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin