Livan Prezidenti Mişel Aun Beyrut limanınıdakı partlayışın səbəbləri arasında xarici müdaxiləni istisna etməyib.
yasamal.tv-ın xəbərinə görə, Livan Prezidenti bu barədə yerli mətbuata bildirib.
“Partlayışın səbəbi hələ müəyyənləşməyib. Raket, bomba və ya başqa bir hərəkət vasitəsi ilə xarici müdaxilə ehtimalı da var”, – deyə Mişel Aun deyib.
Livan Prezidenti bildirib ki, avqustun 4-də baş verən partlayışla bağlı tədqiqat üç səviyyədə aparılır: “Birincisi, partlayıcı maddənin ora necə daxil olması və saxlanılması… İkincisi, partlayışın səhlənkarlıq və ya qəza nəticəsində baş verib-verməməsi və nəhayət, üçüncüsü, xarici müdaxilənin olması ehtimalı”, – deyə Prezident bildirib.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 157 nəfər ölüb, 5 000-dən çox insan yaralanıb, onlarla insan itkin düşmüş sayılır.(apa)
