Azərbaycanda manatla pul bazası artıb

11

Bu ilin avqustun 1-nə Azərbaycanda manatla pul bazası 11 676,9 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 425,1 mln. manat və ya 3,8% artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 475,6 mln. manat və ya 3,9% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 1 102,6 mln. manat və ya 10,4% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin