“Elçin yuxuda nişanlısına deyib ki, şəhid olacam” – Video

11

“Sağ olun, salamat qalın, ehtiyatlı olun, canınıza, başınıza fikir verin. Əsas can-başdır”.

yasamal.tv xəbər verir ki, bu, Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan Elçin Mustafazadənin ölümündən əvvəl sonuncu beş saniyəlik səs yazısında yer alan sözlərdir.

Azərbaycan Televiziyasının Elçinin anası Mahirə Mustafayeva ilə süjet hazırlayıb. O bildirib ki, oğlu Vətəni qorumağı, onun and yeri olan bayrağı bəy libasından üstün tutdu:

“Bura Elçinin bəy otağıdır. Bu otağı Elçin məzuniyyətə çıxanda özü öz əlləri ilə düzəldib. Toya hazırlaşırdıq. Bir neçə gün əvvəl nişanlısı yuxuda görüb ki, Elçin ona mesaj yazıb ki, Məleykə, biz ayrılırıq, mən şəhid olacağam. Mən şəhid olsam, başını uca tutarsan”.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə mənfur erməni silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alarkən şəhid olan əsgər Mustafayev Elçin Arif oğlu iyulun 15-də Ağstafa rayonu Həsənsu kəndində dəfn edilib.

Daha ətraflı hazırladığı süjetdə izləyə bilərsiniz:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin