Bakıda iki sərnişin avtobusu toqquşub

11

Bakıda iki sərnişin avtobusu toqquşub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “İveco” markalı iki sərnişin avtobusunun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin