“Azerbaijani Ladies Club”u həkimlərimizə təşəkkür etdi

9

Koronavirus infeksiyası qlobal pandemiya elan olunduqdan sonra virusun geniş yayılma tendensiyası davam etməkdədir.

yasamal.tv xəbər verir ki, dünyanın 14 müxtəlif ölkəsi, o cümlədən Türkiyə, Almaniya, Misir, Rusiya, Niderland, İsveç, Oman, Belçika, Nigeria , Çexiya, Almaniya, İngiltərə, Fransa, Birləşmiş Ərəb Əmirliklərindəki “Azerbaijani Ladies Club”un nümayəndələri Azərbaycanda ön cəbhədə çalışan həkim və orta tibb işçilərinə qarşı biganə qalmadılar.

Klubun rəhbəri Kamalia Ceylinova saytımıza müsahibəsində bildirib ki, klub üzvləri pandemiya ilə mübarizədə əllərindən gələn dəstəyi etməyə hər zaman hazırdılar:

“Biz Azərbaycan qadınları harada yaşamağımızdan asılı olmayaraq, ürəyimiz təbii ki, Azərbaycanla döyünür. Təəssüflər olsun ki, əlimizdən bu günlərdə heç nə gəlmir, amma çalışdıq ki, dəstəyimizi bu cür çatdıraq. Allah xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun! Bütün həkimlərimizin yaxınlarına və doğmalarına səbr arzu edirik! Həkimlərimizə və bütün tibb işçilərimizə sonsuz minnətdarlığımızı bildiririk!”.

Qeyd edək ki, “Azerbaijani Ladies Club” cari ilin aprel ayından fəaliyyət göstərir. Bu kluba dünyanın müxtəlif ölkələrində yaşayan ziyalı qadınlar daxildir. Klubda həkimlər, alimlər, müəllimələr, musiqiçilər, iş qadınları, rəssamlar, modelyerlər, media işçileri, diaspor fəalları və digər sənət sahibləri xanımlar var. Klubun məqsədi dünyanın müxtəlif ölkələrində fərqli layihələr həyata keçirməklə, yerli ictimaiyyətə Azərbaycanı tanıtmaq, sevdirmək və ən əsası Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin