“Milan”ın isveçli futbolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının 38-ci turunda “Sampdoriya”ya qarşı keçirilən görüşdə etdiyi dublla yadda qalıb.
yasamal.tv xəbər verir ki, oyundan sonra jurnalistlərə müsahibə verən 39 yaşlı forvard qocalması ilə bağlı iddiaları qəbul etmədiyini bildirib:
“İnsanlar qocaldığımı, nəfəsimin çatmadığını deyir, halbuki mən indi isinirəm. Mən Bencamin Battona (məşhur aktyor Bred Pitin “Bencamin Battonun sirli hekayəsi” filmində canlandırdığı obrazı nəzərdə tutur) bənzəyirəm. Mənim fərqim yalnız ondan ibarətdir ki, hər zaman gənc olmuşam və heç vaxt qocalmamışam!”
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında “Milan”a qoşulan 39 yaşlı forvard “qırmızı-qaralar”ın heyətində doqquz dəfə fərqlənməyi bacarıb.(oxu.az)