“Təhsil sistemində tədrisin tam olaraq bərpa olunması iki milyon insanın gündəlik hərəkəti deməkdir”.
yasamal.tv xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AZTV-də yayımlanan “Hədəf” proqramında bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyasına qarşı çevik və zamanında görülən tədbirlər nəticəsində ölkəmizdə vəziyyət nəzarətdədir:
“Nazirlər Kabineti yanında operativ qərargah bütün məsələləri və riskləri nəzərə alaraq, ölçülüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək. Dərslərin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə, ictimaiyyətə məlumat veriləcək”.