Bank sektorunun xalis mənfəəti 14% azalıb

12

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyun aylarında 371,7 milyon manat xalis mənfəət əldə edib.

yasamal.tv Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% azdır.

6 ay ərzində bankların əməliyyat gəlirləri 1 274,2 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 3,95% az), əməliyyat xərcləri 810,5 milyon manat (3,6% az), xüsusi ehtiyatlara ayırmaları 11,2 milyon manat (71,4% az), mənfəət vergisi ödəmələri isə 80,9 milyon manat (2,35 dəfə çox) təşkil edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin