
Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyan “Tvoy dom” ticarət şəbəkəsinə daxil olan supermarketlərdən erməni məhsullarının “yoxa çıxdığını” bildirib.
yasamal.tv xəbər verir ki, səfir erməni mallarının dünəndən etibarən piştaxtalardan yığışdırıldığını deyib.
“Tvoy Tom” ticarət şəbəkəsi Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun “Crocus Group” şirkətlər qrupuna daxildir. Xatırladaq ki, bundan əvvəl digər Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus “Food City” topdansatış ərzaq bazasında da erməni mallarının satışına qadağa qoyulmuşdu. Daha sonra Rusiya hakimiyyət orqanlarının müdaxiləsindən sonra erməni mallarının bazara daxil olmasına icazə verildiyi bildirilir.(virtulaz.org)
