
Tovuzun sərhədyanı kəndlərində demək olar ki, hər bir sakin atəşkəsin pozulmasına, dinc əhaliyə silahın tuşlanmasına öyrəşib. Buranın kiçikləri də böyükləri kimi ayıq-sayıq olmağa məcburdurlar.
yasamal.tv “Xəzərxəbər”ə istinadən xəbər verir ki, sərhədboyu kəndlərdə yaşayan uşaqların nə səhəri uşaq yuxusu ilə açılır, nə də həyatları yaşıdları kimi əyləncəli keçir.
Tez-tez təxribata məruz qalan sərhəd kəndlərində uşaqlar vaxtından tez böyüyürlər, ömürləri güllə səsi ilə keçir. Oyuncaqlaqrı isə kuklalar, futbol topu, oyuncaq avtomatlar deyil, evlərinin bir addımlığına düşən mərmilər və top qəlpələridir. Bəzən günlərlə həyətə çıxıb həmyaşıdları ilə oynamağın həsrətini çəkirlər.
Artilleriya atəşi nəticəsində həlak olan Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizovun nəvəsi balaca Əziz də elə babasının yadigar qoyduğu bu evin yeni sahibidir. O da tovuzlu olan minlərlə mərd insan kimi öz dədə-baba torpaqlarına bağlıdır.
Mövzu ilə bağlı reportajı təqdim edirik: