“Silinməz iz-Xocalı”

64

Tarixə qanlı, ağrılı gün kimi əbədi həkk olan Xocalı faciəsi xalqımızın yaddaşında silinməz izlər buraxıb. Bugünkü gündə Xocalı şəhidləri müstəqil Azərbaycan dövlətinin qurulmasına verdikləri töhfələrlə yad edilir. Bu faciə bütün dünyada insan haqları və ədalət prinsiplərinin qorunması üçün nümunə olmalıdır. Azərbaycan xalqı bu ağır sınaqlardan üzüağ çıxaraq böyük bir əzmkarlıqla öz dövlətini qurub saxlamağı bacardı. Bugünkü güclü Azərbaycan dövləti Xocalı və digər şəhidləri anaraq, onların ruhunu yaşadır və ədalət uğrunda mübarizəni davam etdirir. Bu gün Xocalı soyqırımının tanınması və dəhşətlərin dünyaya çatdırılması çox vacibdir.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün ölkəmiz hər zaman səylərini artırır və bu faciənin unudulmasının qarşısını almaq üçün böyük işlər görür.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə uzun illərdir “Xocalıya Ədalət!” Beynəlxalq təbliğat-təşviqat kampaniyasına start verilmişdir.
Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə geniş şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.
Bu gün güclü və müstəqil Azərbaycanın varlığı Xocalı şəhidlərinin və bütün şəhidlərimizin qanı bahasına mümkün olmuşdur. Bütün şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Yaşasın müstəqil Azərbaycan!

Abutalib Turabov.