
Türkiyə Super Liqasına vəsiqə qazanan “Hatayspor” Qurban Qurbanovla danışıqları davam etdirir.
yasamal.tv xəbər verir ki, bu barədə “Milliyət” qəzetinin Nevzat Dindarın əldə etdiyi özəl məlumatda qeyd edilir. Xəbərdə qeyd edilir ki, Hatay təmsilçisi Mehmet Altıparmakın yerinə azərbaycanlı mütəxəssisi gətirməyi düşünür.
Bu arada “Hatayspor” baş məşqçisi Mehmet Altıparmakla yollarını ayırması barədə yayılan xəbərlərlə bağlı açıqlama yayıb: “Mətbuatda və sosial mediada baş məşqçimiz Mehmet Altıparmakla yollarımızı ayırdığımız barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. İdarə Heyətimiz gələn mövsüm üçün planlamaya bu həftə keçiriləcək toplantılarla bağlayacaq. Rəsmi yayım orqanlarımız xaricində çıxan xəbərlərə etibar etməyin”.(fanat.az)