Cəlal Qurbanov Gömrük işçilərini təbrik etdi.

68

Bu gün Azərbaycanda Gömrük xidməti işçilərinin peşə bayramı günü qeyd olunur. Tanınmış ictimai xadim, “Mənim atam və mənim oğlum qəhrəmandır” layihəsinin rəhbəri, Gömrük xidməti polkovniki Cəlal Qurbanov öz sosial şəbəkə hesablarında Gömrük xidməti işçilərini təbrik edib.

Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir. Ulu öndərin dediyi bu sözlərdə böyük həqiqət var. Çünki bu peşə təkcə sərhədləri qorumaq deyil, eyni zamanda dövlətin iqtisadi təhlükəsizliyinə xidmət etmək, qanunun aliliyini təmin etmək və Vətənə sədaqətlə xidmət etmək deməkdir.
2001-ci ildən gömrük orqanlarında çalışmışam. Gömrük işçisi kimi, hər günümüz məsuliyyət, dürüstlük və fədakarlıq tələb edib və şükürlər olsun ki, hər zaman bu şərəfli peşəni layiqincə icra etməyə çalışmışam. Bu gün gömrük işçilərinin peşə bayramıdır. Bu münasibətlə bütün fədakar gömrük işçilərimizi təbrik edir, hər zaman ədalətli, vicdanlı və vətənpərvər olmalarını diləyirəm! Gömrükçü olmaq – sadəcə bir peşə deyil, məsuliyyət və şərəfdir! Peşə bayramımız mübarək!