Fədakar müəllimə statusu daşıyan Şəfa Babayeva öz şagirdləri ilə “Məktəblilərin Ordumuza dəstəyi” layihəsinə start verib.
yasamal.tv xəbər verir ki, layihə çərçivəsində 40-a yaxın şagirdin hər biri şəhidlərimizin adını özünə aid edərək, “Şeron” Qrupunun “Torpağın Səsi” mahnısını flashmob şəklində canlandırıb. Layihə 10 gün ərzində davam edəcək.
Şəfa Babayeva vətənpərvərlik ruhunun aşılanmasında öz şagirdlərinə və valideynlərə göstərdiyi birlik üçün təşəkkür edib və bu layihənin icrası ilə bağlı qürur hissi duyduğunu bildirib.