Abşeronda yol qəzası: ölənlər və yaralananlar var

10

Abşeronda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”nin sürücusü və digər avtomobildə olan xanım sərnişin hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı habelə daha bir neçə nəfər – 2003-cü il təvəllüdlü Sultanova Nisə Kazım qızı, 1988-ci il təvəllüdlü Xəlilova Sevinc Sahil qızı, 1971-ci il təvəllüdlü Nəsibova Arzu Xanoğlan qızı, 1995-ci il təvəllüdlü Məlinova Günel Mustafa qızı xəsarət alıblar. Qeyd edək ki, xəsarət alanlar Lökbatanda yerləşən “King market”in işçiləridir.

Şahidlərin sözlərinə görə, qəzaya “VAZ- 2199”un sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin