“Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyi COVİD-19 pandemiyasının aktivləşməsi ilə bağlı əhalinin maariflənməsi istiqamətində tədbirlərin təşkili layihəsini həyata keçirəcək.
“Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyinin sədri Mehriban Hüseynova bildirib ki, dünyada və ölkəmizdə hökm sürən koronavirus pandemiyasından qorunma metodları ilə bağlı maarifləndirmənin qənaətbəxş olmaması nəticəsində əksər insanlar uzunmüddətli müalicələrə məruz qalıb və ya vəfat edib.
İctimai Birliyin sədri vurğulayıb ki, mövcud şəraitdə digər QHT üzvləri də pandemiya mövzusunda vətəndaşların yanında olmağa çalışır. Belə ki, aztəminatlı ailələrin ərzaq və gigiyenik vasitələrlə təmin olunmasına və maariflənməsinə dair müxtəlif layihələr həyata keçirilir.
“Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyi də vətəndaşların sağlamlığını nəzərə alaraq, öz fəaliyyətində koronavirusla mübarizəyə xüsusi yer ayırıb.
Bu baxımda pandemiya ilə mübarizə fonunda əhalinin maarriflənməsi istiqamətində tədbirlərin təşkili üzrə 10 iyul tarixində “Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında müqavilə imzalanıb.
Lahiyənin əsas məqsədi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunan qaydalara riayət olunması, müvafiq tövsiyələrlə bağlı maarrifləndirmə işlərinin aparılması, psixoloq dəstəyi və maska almağa imkanı çatmayan insanlara pulsuz maskaların paylanmasından ibarətdir.
Layihə çərçivəsində insanların pandemiya mövzusunda daha geniş məlumata sahib olması üçün çoxməlumatlı flyerlərin ictimaiyyətə paylanması və iri supermarketlərin qarşısında yerləşdirilməsi zəruridir.
Hazırda layihə hazırlıq mərhələsindədir. Yaxın günlərdə layihə üzrə reallaşdırılmsı nəzərdə tutulan tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək.