Bloklarda təhlükə saçan Azərişıq ASC nin sayğac qutuları.

39

Sözü gedən işıq qutusu Bakının Yasamal rayonu Həsən bəy Zərdabi 65 ünvanında sonuncu blokda yerləşsədə, lakin əksər köhnə çoxmənzilli yaşayış binalarında mövcud olan işıq qutularında eyni vəziyyət yaşanır. İşıq qutularının qapıları demək olar ki daima açıq olur. Sayğacına işıq pulu ödəyən mənzil sahibləri ödənişin sayğaca oturması üçün məcburən həmin təhlükəli işıq qutularında yerləşən sayğacın yaşıl düyməsini sıxmaq məcburiyyətində qalırlar. Sayğacların alt hissəsində yerləşən üstü açıq elektrik ötürücülərinin hər birində isə ən azı 220 volt elektrik cərəyanı olur. Təsadüfən ora toxunmaq isə insanın bir anda külə dönməsinə səbəb ola bilər. Sözü gedən ünvanda həmin açıq hissələrdəki cərəyan şiddətini ampermetrlə öldükdə isə nəticə göz qabağında oldu. Mənzil sahiblərinin işıq pullarını vaxtı vaxtında ödəmələrinə baxmayaraq Azərişıq ASC vətəndaşları bu cür təhlükə ilə üz-üzə qoymalarına səbəb nədir görəsən ? Əgər bu cür açıq və təhlükəli elektrik qutularına təsadüfən toxunub həyatını itirən şəxs olarsa Azərişıq ASC bunun məsuliyyətini daşıya biləcəkmi ?

Elnur Fərzəliyev. Yasamal.tv saytının təsisçisi və sözügedən problemdən şikayətçi.