Yeni mənzil alan şəxs aldığı evi öz adına qeydiyyata keçirmək istəyəndə məlum olur ki, başqa şəxs və ya şəxslər həmin mənzildə qeydiyyatdadır. Belə olan halda yeni mənzil alan şəxs nə etməlidir? Digər tərəfdən isə həmin mənzil ora qeydiyyatda olan şəxs və ya şəxslərin razılığı olmadan başqasına satılıbsa, o zaman evə qeydiyyatda olan nə etməlidir?
İstənilən halda həm yeni mənzili satın alan, həm də ora qeydiyyatda olan şəxs və ya şəxslər məhkəməyə müraciət etməlidirlər. Onun sözlərinə görə, yeni mənzili satın alan şəxs ora qeydiyyatda olanların mənzildən çıxarılması haqqında məhkəməyə müraciət edə bilər.
Qeydiyyatda olan şəxs mənzildən öz istəyi ilə çıxmaq istəmirsə, ona məhkəmə tərəfindən məcburi köçürmə verilməlidir: “Çıxmaq istəyirsə, məhkəmə onun üçün kompensasiya müəyyənləşdirir ki, həmin şəxs yaşayış hüququ ilə təmin olunsun”.
Kompensasiya qeydiyyatın olduğu yaşayış ərazisi üzrə bir aylıq orta kirayə haqqı nəzərə alınmaqla müəyyənləşdirilir: “Məhkəmə kompensasiya ödənilməklə şəxsin həmin mənzildə yaşayış hüququna xitam verilməsinə dair qərar verir”.