Bu gün Naxçıvan MR Ali Məhkəməsinin Ali Məclisə keçirilmiş seçkilərə dair icraat üzrə iclası keçiriləcək

19

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilərin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin konstitusiya icraatı qaydasında iclası bu gün saat 16:00-da keçiriləcək.

Bu barədə Naxçıvan MR Ali Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 28 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında” sərəncamına əsasən, 2024-cü il 1 sentyabrda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirilib.