Bəzi hallarda tərəflər arasında narazılıq və ya digər səbəblərdən bağışlanan əmlakın geri qaytarılması tələb olunur. Bəs hansı hallarda bağışlanan daşınmaz əmlakın geri qaytarılmasını tələb etmək olar?
Vəkil Emil Aslanov açıqlamasında mövzunu şərh edib: “Qeydiyyatda olan şəxsin notarial fəaliyyəti haqqında qanunda qeyd olunur ki, bağışlanan daşınmaz əmlak fərdi yaşayış evidirsə, bu zaman qeydiyyatda olan şəxsin razılığı lazımdır. Əgər o razılıq alınmayıbsa və həmin əqd qanunsuz bağlanıbsa, bu halda bağışlanan əmlak geri tələb oluna bilər. Bu, həmin müqavilənin etibarsız hesab edilməsinə səbəbdir”.
O bildirib ki, bağlanan əqd etibarsızdırsa, bağışlanan əmlak bütün hallarda geri alına bilər. Əgər qarşı tərəf əmlakı geri qaytarmaqdan imtina edirsə, bu halda məhkəməyə müraciət edilməlidir. Vəkil həmçinin qeyd edib ki, müqavilə yanılma nəticəsində bağlanılıbsa, bu halda da bağışlanan əmlak əqdlərin etibarsızlığı səbəbilə geri tələb oluna bilər.