İcra hərəkətləri hansı hallarda təxirə salına bilər?

18
İcra ve Haciz Süreci Nasıl İşler

İcra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə salır.

İcra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) bildiriş göndərilir.

Tərəflər icra hərəkətlərinin təxirə salınması haqqında icra məmurunun qərarından onun surətini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Məhkəmələrin cinayət işləri üzrə qərarlarının əmlakın alınmasına dair hissəsi üzrə icraatın təxirə salınması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.