Bakı metrosunun “20 Yanvar” stansiyasının ətrafında fəaliyyət göstərən “manatlıq taksi”lərin yığışdırılması bu xidmətdən istifadə edən sərnişinlərin narazılığına səbəb olub.
Şikayətçilərin taksi ilə getdiyi ünvanlar üzrə müvafiq marşrut xətləri işləsə də, sərnişinlər saatlarla yollarda qalırlar. Buna səbəb avtobuslar arasındakı interval uzunluğu, həm də bu minik vasitələrində əlverişsiz şəraitin olmasıdır.