“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 22 kq işlənmiş batareya təhvil alınıb

25

🔋 ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Bakı Metropoliteni” QSC-nin inzibati binasından və “Bravo” supermarketlər şəbəkəsinin Gənclik Mall filialından ümumilikdə 22 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq.