Bakuplus.az xəbər verir ki, paytaxt ərazisində bir nəfər qarət olunub. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hadisə Yasamal rayonu F.İbrahimbəyov küçəsində qeydə alınıb.
Vətəndaşlardan birinin 770 manat və mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər O.Fətəliyev, əvvəllər məhkum olunmuşlar C.Axundov, T.Cabbarov müəyyən olunaraq saxlanılıblar.
Hazırda araşdırma aparılır.