Bakının Yasamal rayonu. (əvvəlki adı:Oktyabr rayonu) Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Oktyabr rayonu Yasamal rayonu adlandırılmışdır. Yasamal rayonu Səbail, Qaradağ, Binəqədi və Nəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur.
Əsası qoyulub | 1932 |
Sahəsi | 16,2 km² |
Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati-ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən isə Nəsimi(5 km) rayonu ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir.
Rayon ərazisindən — cənubdan “Qurd qapısı”ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan —Biləcəri enişi vasitəsilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır.Rayon əhalisinin sayı 2021 ci ildə aparılmış qeydiyyatda 245 900 nəfər olmuşdur.Qeydiyyatda olan rayon əhalisinin sıxlığı 1 kv.km-ə 15 160 nəfər düşür. Rayon əhalisinin 118 776 nəfərini, yəni 48.5 faizini kişilər, 126 124 nəfərini, 51.5 faizini qadınlar təşkil edir.Rayon ərazisində 8 ali təhsil müəssisəsi, 5 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 30 uşaq bağçası-körpələr evi, 28 orta ümumtəhsil məktəbi (lisey, gimnaziya) fəaliyyət göstərir ki, burada işləyən müəllimlərin sayı 3076 nəfər, şagirdlərin sayı isə 29 643 nəfərdir.Metropolitenin “Nizami“, “Elmlər Akademiyası“, “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları rayon ərazisindədir.”Sovetski“, “Kubinka” və “Papanin” kimi köhnə Dağlı məhəllələri də məhz Yasamal rayonunun ərazisində yerləşir.Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.Rayon ərazisində Azərbaycan Respublikasının seçkili orqanlarına seçkilər üzrə üç seçki dairəsi — 15 saylı Yasamal I seçki dairəsi, 16 saylı Yasamal II seçki dairəsi, 17 saylı Yasamal III seçki dairəsi və bir müştərək — 12 saylıQaradağ–Binəqədi-Yasamalseçki dairəsi formalaşdırılmışdır. Onuda qeyd edək ki Yasamal rayonu haqqında bu məlumatlar vikipediyaya 2021 ci ildə yerləşdirilmişdir.